• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Yaponiyada baş verən zəlzələdə neçə nəfər ölüb?

DÜNYA

03 Yanvar 2024 | 19:42 | Müəllif: Subhan Mahmudov

Yaponiyada baş verən zəlzələdə neçə nəfər ölüb?

 Zəlzələ bölgələri arasında yer alan və zəlzələlərin tez-tez baş verdiyi Yaponiyada İşikava əyalətində 7,6 bal gücündə zəlzələ baş verib və zəlzələ bir çox bölgəyə təsir edib. 

Hər kəsə maraqlı olan bir sual var Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələdə nə qədər insan öldü?

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, zəlzələ Niiqata, Fukui, Toyama və Qifu əyalətləri ilə yanaşı İşikavada da hiss olunub. Hökumətin təbii fəlakət bölgəsinə bütün lazımi yardımı göstərəcəyini bildirən Yaponiyanın Baş naziri Fumio Kişida Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDQ) ehtiyacı olan bölgələrə dəstək üçün göndəriləcəyini bildirib. Sahil bölgələri üçün sunami xəbərdarlığı edilərkən minlərlə insan üçün evakuasiya əmri verildi.

Yaponiyada 1 yanvar 2024-cü il bazar ertəsi baş verən 7,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 62-yə yüksəlib. Zəlzələdən sonra bəzi bölgələrdə axtarış-xilasetmə işləri davam edir. Bu zəlzələ Yaponiyada 2011-ci ildən bəri ən yüksək insan itkisinə səbəb olan zəlzələ olub. Ölkədə 1995-ci ildə 7,3, 2004-cü ildə 6,8, 2011-ci ildə 9, 2016-cı ildə 7,3, 2018-ci ildə 6,7, 2021-ci ildə 7,3, 2022-ci ildə 7,4 bal gücündə zəlzələlər baş verib.

Yaponiyanın Baş naziri Fumio Kişida zəlzələ ilə əlaqədar Noto yarımadasının şimal bölgələrində avtomobil nəqliyyatında fasilələr olduğunu və hökumətin dəniz yolu ilə yardım daşınmasını koordinasiya etdiyini bildirib. Kişida xilasetmə və yardım əməliyyatlarında təxminən 10 min Özünümüdafiə Qüvvələrinin (SDQ) iştirak etdiyini açıqlayıb. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi zəlzələ səbəbiylə evlərindən təxliyə edilənlərin sayının 57 min 360 olduğunu açıqlayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026