• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yasamalda evdə yanğın - 76 yaşlı kişinin meyiti...

HADİSƏ

03 Dekabr 2021 | 20:44 | Müəllif: Subhan Mahmudov

Yasamalda evdə yanğın - 76 yaşlı kişinin meyiti...

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 150 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 12 m² sahədə, eyvana açılan qapı və pəncərə çərçivəsi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Abdullayev Sərhəd Səməd oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR