• Bakı 12° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

“YAŞAT” Fondu 5 ildə nə qədər xərcləyib?

CƏMİYYƏT

08 Dekabr 2025 | 10:29

“YAŞAT” Fondu 5 ildə nə qədər xərcləyib?

“Fond fəaliyyətə başladığı gündən etibarən 300-dən çox qazimiz dövlət və özəl tibb müəssisələrində ziyarət olunub, onların ev şəraitində müalicə alanları da diqqətdən kənarda qalmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 300-dən artıq yataq vəziyyətində olan qazi ziyarət olunub:

“YAŞAT” Fondunun 4 əsas fəaliyyət istiqaməti mövcuddur. Bu istiqamətlər üzrə fəaliyyətə başladığı 5 il ərzində fond tərəfindən ümumilikdə 93 622 394.16 manat məbləğində xərcləmə həyata keçirilib. Bütün ödənişlər təsdiqləyici sənədlərlə – bank çıxarışları və digər rəsmi məlumatlarla birlikdə fondun rəsmi internet səhifəsi olan yasat.gov.az saytının “Hesabatlar” bölməsində tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunur. Burada hər bir şəhid ailəsinə və ya qaziyə hansı istiqamətdə, nə qədər vəsait ayrıldığı barədə məlumatlar ətraflı şəkildə yerləşdirilib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

07 Dekabr 2025