“Xəstəxanadan çıxanda fikirləşdim ki, yaxşı ki, evlənməmişəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor, teleaparıcı Elcan Rəsulov deyib.
O, xəstəlik keçirdiyi dönəmlərdən söz salıb:
“Tam ciddiyəm, yaxşı ki, subayam. Nəsə olsa, kimsə ortalıqda qalmır. İndi valideyn müəyyən qədər yaşayıb, onlar məni böyüdən adamlardılar, özləri yaşamağın yolunu bilirlər. Biri də bir uşaq qoyursan, kiminsə qızını gətirərsən... Xəstəxanada öz-özümə dedim ki, qızartma yeməklər yeməyəcəm, ancaq dietik yeməklər. Fikirləşirdim ki, xəstəxanadan çıxım, nə olur olsun hər səhər gedib bulvarda gəzəcəm. Siqareti tam atmalıyam. Mən o yaşıma qədər heç vaxt sup içməmişdim. Mənim supdan, sulu yeməkdən zəhləm gedir. Özümə qərar verdim ki, hər yeməkdən əvvəl sup içəcəm. O qərarlarımdan bir sup qüvvədədir”.
Qeyd edək ki, Elcan Rəsulov bir müddət öncə səhhətində yaşadığı ciddi problemlər səbəbiylə xəstəxana yerləşdirilib. O, mütəmadi olaraq həkim nəzarətindən keçdiyini bildirib.
Ziyafət Əlisoy
















