• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yay günlərində daha sərin vaxtlarda qidalanın - Endokrinoloq

CƏMİYYƏT

09 Iyul 2022 | 01:40 | Müəllif: Qalib İbrahimoğlu

Yay günlərində daha sərin vaxtlarda qidalanın - Endokrinoloq

Yay günlərində daha sərin vaxtlarda qidalanmaq məsləhətdir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə bildiriən endokrinoloq Arina Tertışnaya, həmçinin ürəyi, damarları və sinir sistemini daha çox yükləməmək üçün qəhvədən mümkün qədər imtina etməyi təklif edir.

Onun sözlərinə görə, yodla zəngin qida məhsullarını azaltmaq məsləhətdir: "Çünki bu qidalar qalxanvarı vəzini stimullaşdırır, o da öz növbəsində bədən istiliyini yüksəldir. Buna isə isti günlərdə heç bir ehtiyac yoxdur. Mütləq olaraq daha soyuq vaxtlarda yemək məsləhətdir. Əgər əvvəllər səhər yeməyini saat 8-9-da qəbul edirdiksə, indi həzmi yaxşılaşdırmaq üçün saat 6-7-də yemək lazımdır”.

Endokrinoloq yayda ac qalmamağı məsləhət görür: gündə 2-3 dəfə mədəni sıx doldurub qaraciyəri yükləməkdənsə, 4-5 dəfə yüngül yemək qəbul etmək daha yaxşıdır. “Biz qida rasionuna banan, ispanaq, brokkoli, cəfəri, keşniş, ərik, noxud, badam əlavə edirik. Qələvi mineral su içmək olar. Səhər, kontrastlı duş qəbul edirik, bədəndən toksinləri çıxarmağa kömək etmək üçün limfanı hərəkətə gətiririk.

Kondisionerin altında oturmayın, çünki kəskin şəkildə azalan immunitet səbəbindən tez xəstələnə bilərsiniz. Üstəlik, təmizlənməmiş kondisionerlərdə bütöv bir bakteriya və virus yuvasına rast gəlmək olar”, - deyə A.Tertışnaya qeyd edib (“MedikForum”).

Endokrinoloq təbii parçalardan tikilmiş rahat geniş paltar geyinməyi də məsləhət görür. Bildirib ki, dərimiz detoks prosesində böyük və vacib orqandır, ona görə də nəfəs ala bilməlidir. Pambıqdan və kətandan hazırlanan həm üst, həm də alt paltar geyinmək tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026