• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yayda üz dərisinə qulluq: Həkim-kosmetoloq nələri məsləhət görür

CƏMİYYƏT

08 Iyun 2023 | 16:49

Yayda üz dərisinə qulluq: Həkim-kosmetoloq nələri məsləhət görür

Yay fəslində dəridə bəzi dəyişikliklər baş verir. Bu dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur. Bu səbəbdən də yayda üz dərisinə qulluq xüsusilə vacibdir.

Həkim-kosmetoloq Nüşabə Əliyeva Bakıvaxtı.az-a deyib ki, yayda havaların isinməyi ilə əlaqədar dərimizdə də müəyyən dəyişikliklər olur. Havanın isinməsi bədənimizində suya ehtiyacı artırdığı üçün üz dərimizin də nəm balansı pozulmağa başlayır.

Onun sözlərinə görə, dərinin nəm balansın normal saxlamaq üçün maye qəbuluna ciddi nəzarət edilməlidir.

"Yay fəslində üz dərisində yağ ifrazı həddindən artıq sintez olunmağa başlayır ki, bu da dəridə səpkilərin yaranmağına səbəb olur. Yayda dərimiz xüsusi qulluq tələb edir. Bunun birinci mərhələsi dəri təmizliyidir. Kosmetoloq bildirib ki, düzgün üz yuma geli seçilərək gündə 2 dəfə səhər-axşam olmaqla yuyulmalıdı. Belə olduqda dəridə yaranan yağ ifrazını normada saxlayırıq.

Bəzi hallarda insanlarımızda düzgün marifləndirmə olmadığı üçün sabun ilə üzlərini yuyurlar ki, bu qəti yolverilməzdir: “Sabun üzümüzün PH balansın çox pis pozur".

Nüşabə Əliyeva, həkim-kosmetoloq

Nüşabə Əliyeva qeyd edib ki, günəşin zərərli şüalarının da dərimizə mənfi təsirləri çoxdur. Belə ki, günəş şüaları üz dərisində müəyyən qızartılar, qaşınmalar, ləkələr yaradır. Bunların qarşısını vaxtında almaq üçün SPF istifadəsi vacibdir. Bundan əlavə SPF həm də anti-age faktordu.

Həkim sonda qeyd edib ki, üz dərimizin qeydinə ilk növbədə özümüz qalmalıyıq. Sonradan kosmetoloji prosedurlara müraciət etdikdə belə bəzi problemlərin həllində tam 100% effekt almaq olmur.

"Sağlam bədən, düzgün qulluq sağlam dəri deməkdir. Çalışın zamanında dərinizin qeydinə qalın", - deyə həkim-kosmetoloq Nüşabə Əliyeva qeyd edib.

Xəyalə Rza


SON XƏBƏRLƏR

26 Aprel 2024