• Bakı 19° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Yəməndə hava hücumu: Həbsxanada 87 nəfər öldü

DÜNYA

23 Yanvar 2022 | 01:03 | Müəllif: Qalib İbrahimoğlu

Yəməndə hava hücumu: Həbsxanada 87 nəfər öldü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava zərbələri nəticəsində Yəməndəki həbsxanada 87 nəfər həlak olub

Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Al-Masirah” kanalı məlumat yayıb.

Sərhədsiz Həkimlər təşkilatının yanvarın 21-də yaydığı məlumatda aviazərbələr nəticəsində Saada əyalətindəki həbsxanada 70 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilirdi. Ötən gecə koalisiya hücumda iştirakını inkar edib.

Yəmən rəsmiləri isə 87 nəfərin öldüyünü, 226 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Dağıntılar arasından həlak olanların çıxarılması davam edir. Hücum qurbanlarının artacağı istisna edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR