ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Masirah ” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeyda əyalətinin Kemran adasındakı husi milislərinin hədəflərinə zərbələr endirib.
Telekanal bildirib ki, Amerika və Britaniya təyyarələrinin hücumu Səudiyyə Ərəbistanının oxşar hərəkətləri ilə üst-üstə düşüb.
Belə ki, Ər-Riyad hücumu iki ölkənin sərhədində yerləşən Saada əyalətində həyata keçirib. Obyektlərdən birini vuran hücum üçün pilotsuz təyyarədən istifadə edilib.
Mina Mikayılova















