• Bakı 21° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Ortaq türk əlifbası təklifi ilə bağlı RAZILIQ

DÜNYA

11 Sentyabr 2024 | 14:55

Ortaq türk əlifbası təklifi ilə bağlı RAZILIQ

Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Bakıvaxtı.az bu barədə qurumun yayımladığı məlumata istinadla xəbər verir.

Qərargahı Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyasından verilən açıqlamada 9-11 sentyabr tarixlərində  Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasının keçirildiyi bildirilib.

Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb.

Bildirilib ki, ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirilib və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı lazımi qərarlar verdiyi vurğulanıb: 

"Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR