• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yəməndən İsrailə yeni raket hücumu 

DÜNYA

31 Dekabr 2024 | 09:04

Yəməndən İsrailə yeni raket hücumu

İsrail ordusu Yəməndən atılan ballistik raket səbəbilə ölkədə sirenlərin çalındığını və insanlara sığınacaqda gizlənmək tövsiyə olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ordudan verilən açıqlamada raketin uğurla məhv edildiyi bildirilib.

    İsrail Müdafiə Qüvvələri həmçinin raketin hissələrinin Beyt Şemeş şəhərinə düşdüyünü açıqlayıb.

    İsrail mətbuatı hücum nəticəsində ciddi dağıntıların yaşanmadığını açıqlayıb.

    Hücumun Yəməndə İsrailə qarşı mübarizə apardığını deyən İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi ehtimal edilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026