• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Yeni "iPhone" barədə gizli saxlanılanlar

MULTİMEDİA

02 Fevral 2025 | 09:00

Yeni iPhone barədə gizli saxlanılanlar

Nüfuzlu insayder "billbil-kun" "Apple"dan yeni büdcəli smartfon modeli "iPhone" SE 4-ün görünüşü haqqında məlumat paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, cihazın bu ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir.

Məlumata görə, "iPhone" SE 4 ekranı "iPhone" 14, 13 və 13 Pro modelləri ilə eyni ölçüdə - hündürlüyü 14,67 sm və eni 7,15 sm olacaq.

Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək.

SE 4-ün 6,1 düymlük OLED displey, "Face ID", 48 meqapiksellik kamera və artırılmış operativ yaddaşa malik olacağı deyilir./oxu.az


SON XƏBƏRLƏR

02 Fevral 2025