• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Yevlax dialoqu: Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirdi

GÜNDƏM

22 Sentyabr 2023 | 17:05

Yevlax dialoqu: Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirdi

 “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş sülh prosesinə öz müsbət töhfəsini verəcək”.

Bunu Bakıvaxtı.az-a  deputat Ceyhun Məmmədov Prezident Administrasiyasının dəvəti ilə Yevlaxda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi növbəti dəfə humanistlik nümayiş etdirdi: “Bölgəmizin təhlükəsizliyi bizim üçün önəmli olduğu üçün bu addımları atdıq”.

Millət vəkili hesab edir ki, Ermənistan Azərbaycanın bu humanistliyini doğru anlamalı, prosesə öz töhfəsini verməlidir: “Dünya ictimaiyyəti də bu məsələyə düzgün, operativ və obyektiv münasibətini bildirməlidir”.

Ceyhun Məmmədov: Ermənistan Azərbaycanın bu humanistliyini doğru anlamalı, prosesə öz töhfəsini verməlidir

“Biz gələcəyə baxmağa bacarmalıyıq. Azərbaycan bunun üçün lazımlı bütün addımları atır”, - deyə Ceyhun Məmmədov əlavə edib.

Qeyd edək ki, sentyabrın 21-də Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

Aytac Aslan


SON XƏBƏRLƏR