• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yevlaxda narkotik qəbul edib avtomobil idarə edən sürücü həbs olundu

HADİSƏ

14 May 2024 | 08:53 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda narkotik qəbul edib avtomobil idarə edən sürücü həbs olundu

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR