Kürd əsilli türk aktyor Yılmaz Ərdoğan ekranlara qayıdır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun qayıdışı uzun illərdən sonra həbsdən çıxan Azem Yücedağ adlı obraza özünün yazdığı ssenari ilə həyat verərək, iddialı və fərqli bir şəkildə olacaq.
“İnci Taneleri” serialının güclü heyətində Yılmaz Erdoğanla yanaşı Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştan yer alır.
İddialı layihənin rejissor kürsüsündə Şenol Sönmez oturur.
Serial Kanal D ekranlarında yayımlanacaq.
Nərgiz Məmmədli