Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edəın olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 776, ötən müddət ərzində isə ümumilikdə 6 766 600 test aparılıb.

















