• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmtahanda aşağı bal toplayan doqquzuncular məktəbdən çıxarılır?

CƏMİYYƏT

16 May 2022 | 15:31 | Müəllif: Qalib İbrahimoğlu

İmtahanda aşağı bal toplayan doqquzuncular məktəbdən çıxarılır?

Direktorlar 9-cu sinif buraxılış imtahanından az bal yığan şagirdləri məktəbdən çıxarırlar. Bu idda sosial şəbəkələrdə yer alıb. Bu, nə dərəcədə düzgündür?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbinfən 3300-ü 11 illik , 840-ı isə 9 illikdir. Bu il orta ümumtəhsil məktəblərinin 9-cu sinfini 135 min şagird bitirir: “Təəssüflər olsun ki, bir neçə ildir xoşagəlməz bir tendensiya var. Belə ki, ümumi orta təhsil məktəblərimizdə 9-cu sinfi bitirəndən sonra məktəb direktorları tədris göstəriciləri, qiymətləri zəif olan şagirdlərə 10-cu, 11-ci sinfə keçməklə bağlı ciddi problemlər yaradırlar. Qeyd edim ki, “Təhsil haqqında” qanuna, eyni zamanda Konstitusiyaya görə Azərbaycanda təhsil icbaridir, icbari təhsil isə 9 illikdir, 10-11-ci siniflərə getmək isə onların könüllü seçimidir. Amma direktorlar 9-cu sinif buraxılış imtahanlarının nəticələri zəif olan şagirdlərə sənədlərini məktəbdən götürməlini tələb edirlər”.

Ekspertin sözlərinə görə, direktorlar belə bir təlimatın Təhsil Nazirliyindən gəldirini bildiririlər: “Şagirdlərə sənədlərini peşə təhsilinə vermələri məsləhət görülür”.

K.Əsədovun dediyinə görə, əslində, bu, görüntü baxımdan kifayət qədər yaxşıdır. Belə ki, hamı ali təhsil almalı deyil, ölkədə peşə təhsilinin inkişafı istiqamətində son illər gözəl işlər görülür: “Amma bu, insanların təhsil alma hüququ taptanaraq edilməməlidir. Orta ümumtəhsil müəssisələrində şagirdlər birmənalı şəkildə öz istəklərinə uyğun təhsillərini davam etdirməlidirlər. Bu, məhdudlaşdırıla bilməz”. Əsədov bildirib ki, digər tərfdən, məktəblərdə təmaüllü siniflər var və

buraxılış imtahanlarında zəif nəticə gəstərən şagirdlər o təmayül siniflərə getə bilməzlər: “Amma bu o demək deyil ki, biz uşaqların 10-11-ci siniflərdə təhsil almaq hüququnu məhdudlaşdırmalıyıq. Bu, Bakıda və bölgələrdə kütləvi hal alıb. Məktəb üzrə 11-ci sinif nəticələrini yaxşılaşdırmaq üçün məktəblər zəif uşaqları çıxarırlar. Belə olmaz. Uşağın zəif olması ona 9 il keçilən dərsin nəticəsidir. Güclü yəticələr isə məktəbin deyil, hazırlıq kurslarının, repititorların sayəsində əldə olunur”,

Ekspert vurğulayıb ki, bütün hallarda, şagird oxumaq istəyirsə, oxumalıdır: “Bəlkə attestatla xarici ölkədə təhsil almağa gedəcək?! Ona görə də, bu, ciddi nöqsandır. Biz uşaqları mütəmadi diaqnostik, KSQ, BSQ imtahanlarına salırıq və nə qədər biliklərinin olduğunu bilirik. Heç kimə ixtiyar verilməyib ki, şagirdin təhsil alma hüququnu məhdudlaşdırın, bu, yolverilməzdir, ciddi qüsurdur. Bu hala yol verən direktorlar cəzalandırılmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026