Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.
Ölkədə son sutka ərzində 2 540, hazırkı dövrədək isə 7 303 826 test aparılıb.






jpg-1669032751.webp)










