• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

30 il əvvəl dondurulmuş embrionlarla əkiz uşaqları oldu

CƏMİYYƏT

21 Noyabr 2022 | 16:21

30 il əvvəl dondurulmuş embrionlarla əkiz uşaqları oldu

1992-ci ildə ABŞ-da dondurulmuş embrionlardan əkizlər doğulub. Təxminən 3 həftə əvvəl reallaşan doğumla ən uzun müddət dondurulan və doğumla nəticələnən embrionlar sahəsində yeni bir rekorda imza atıldığı güman edilir.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 31-də doğulan əkizlər 22 aprel 1992-ci ildə dondurulmuş embrionlar sayəsində dünyaya gəliblər.

Bu, doğuşla nəticələnən ən uzun dondurulmuş embrion kimi tibbi ədəbiyyata daxil ola bilər. 30 ildən çox əvvəl dondurulmuş embrionun doğumla nəticələndiyinə dair hələ heç bir sübut yoxdur. Əvvəlki rekord 27 il əvvəl 2020-ci ildə donmuş embrionla dünyaya gələn Molli adlı körpəyə məxsusdur.

Şəxsiyyəti məxfi saxlanılan evli cütlük 1992-ci ildə IVF müalicəsi üçün embrionları dondurmaq qərarına gəlib. 34 yaşlı yumurta donoru və 50 yaşlarında ərinin spermasından əldə edilən embrionlar 2007-ci ilə qədər klinikada saxlanılıb. Daha sonra cütlük embrionları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlamağa qərar verdi.

CNN İnternational-a danışan Philip Ridgeway, yeni doğulan körpələrini qucaqlayarkən təəccübünü ifadə edərək "Allah Lidiya və Timoteyə həyat verəndə mənim 5 yaşım var idi" deyib.

Ailələrinin yeni üzvlərini sevinclə qarşılayan cütlüyün daha 4 övladı var.

Aytac Aslan


30 il əvvəl dondurulmuş embrionlarla əkiz uşaqları oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR