• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Naxçıvanın statusu ləğv edilir? - Buna heç bir sənədlər...

CƏMİYYƏT

21 Dekabr 2022 | 15:23 | Müəllif: Qalib İbrahimoğlu

Naxçıvanın statusu ləğv edilir? - Buna heç bir sənədlər...

"Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərinə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər, tamamiylə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur və bu Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb".

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərabaycan Respublikası Konstitusiyasının 134-ci maddəsinin 2-ci bəndində göstərilir ki, :Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

"Açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli ,Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənədlər mane ola bilməz".

Ekspert bildirib ki, ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxşıvan da daxil olmaqla 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir.

"Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir – gecikmədən bu addımların atılması vacibdir", - deyə Natiq Cəfərli qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR