• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dövlət müəssisələrində maaşlar artır, bəs özəllərdə? - AÇLIQLAMA

CƏMİYYƏT

21 Dekabr 2022 | 16:01 | Müəllif: Qalib İbrahimoğlu

Dövlət müəssisələrində maaşlar artır, bəs özəllərdə? - AÇLIQLAMA

Hər il Azərbaycanda minimum əmək haqqı, sosial müavinətlər və təqaüdlər inflyasiyaya uyğun olaraq artırılır. Dövlət müəssisələrində maaş artımı ilə bağlı müəyyən işlər görülsə də, bu, özəl sektorlardan yan keçir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramovun Bakıvaxtı.az-a dediyinə görə, özəl sektorda əməkhaqlarının artırılması təbii ki, vacibdir:

“Dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı sözsüz ki, dövlət müəssisələrinin işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarlar qəbul edilir. Özəl sektorlar sərbəst şəkildə əməkhaqları müəyyənləşdirmək səlahiyyətinə malikdir. Təbii ki, bizim də hər zaman tövsiyələrimiz belə olur ki, dövlət müəssisələrində əməkhaqqı artımı olan zaman, özəl sektorda da artımlarla bağlı qərarlar qəbul edilsin. Nəzərə alsaq ki, yeddi il müddətinə özəl sektorda çalışanların əməkhaqları gəlir vergisindən azaddır, 8 min manata qədər maaş alanlar gəlir vergisi ödəmir”.

Onun sözlərinə görə, dövlət tərəfindən əməkhaqlarının artırılması ilə bağlı xüsusi bir qayda var. O baxımdan təbii ki, maaşların artılması ilə bağlı özəl müəssisələrdə də analoji addımların atılmasına ehtiyac var.

“Amma sözsüz ki, özəl sektorlar qərarların qəbul edilməsində müstəqildir. Bununla belə təşviq tədbirləri və tövsiyələr də təsdiq edir ki, özəl sektorda da əməkhaqlarının artırılmasının reallaşmasına ehtiyac var”, - deyə Vüqar Bayramov bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR