• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Yoluxma sayı açıqlandı - SON STATİSTİKA

CƏMİYYƏT

30 Yanvar 2023 | 23:24

Yoluxma sayı açıqlandı - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 827 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 228 nəfərdir.

Ölkədə son sutka ərzində 634, hazırkı dövrədək isə 7 485 294 test aparılıb.


SON XƏBƏRLƏR