• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"YouTube" yeni funksiya təqdim edəcək

DÜNYA

27 Iyun 2024 | 07:28 | Müəllif: Gülşən Şərif

"YouTube" yeni funksiya təqdim edəcək

"Google" şirkəti "YouTube" üçün "Hype" funksiyasının sınaq versiyasını istifadəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, onun məqsədi kiçik kanalların müəlliflərinin izləyicilərinin sayını artırmaqdır.

Yenilik hazırda 500 minə qədər abunəçisi olan kiçik kanalların izləyiciləri üçün nəzərdə tutulub. "Hype" funksiyası izləyicilərə yeddi gün ərzində yayımlanan videoları irəli çəkməyə imkan verir.

Hazırda "Hype" düyməsi Braziliya, Türkiyə və Tayvandan olan istifadəçilər üçün əlçatandır.

Eksperimental funksiyanın digər istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb. Həmçinin, "Google"un bu funksiyanı pullu etməyi planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.

Qeyd edək ki, "YouTube" şirkəti daha əvvəl videolara qeydlər əlavə etmək funksiyasını istifadəyə verəcəyi ilə bağlı məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR