Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən iclasında deputatlar son günlər baş verən qəza ilə bağlı fikirlərini bölüşüblər.
Bakıvaxtı.az-ın məlumatına görə, Komitə sədri Zahid Oruc deyilənlərə aydınlıq gətirərək vurğulayıb ki, yanvarın 18-də İmişlidə baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil:
“Nəticədə həlak olan məktəblilər hər birimizi dərindən kədərləndirdi, onların valideynləri qədər ağrıtdı.
Əməliyyat məlumatlarına söykənərək, daxildə təxribat və qarşıdırma yaradanlar nəzərə alaraq, Daxili Qoşunların bir neçə hərbi texnikası əraziyə daxil olub, lakin hər hansı müdaxilə hərəkətlərinə zərurət yaranmayıb. Yanvarın 21-də qəza nəticəsində zərərçəkənlər DİN rəhbərliyi tərəfindən qəbul edilib. Qəbulda ailə üzvləri hadisənin təfərrüatları, maddi sübutlar, istintaqın gedişi ilə bağlı məlumatlandırılıb. Zərərçəkənlərin sualları cavablandırılıb”.
Deputat bildirib ki, hadisə ilə bağlı toplanan insanların qısa müddətdə polis maşını və azyaşlı məktəblilərin cəsədləri fonunda lidersiz, hiddət və qəzəblə hərəkət edən qüvvələrin dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib:
“Affekt vəziyyətdə aksiyaya təhrik edilən, əksəriyyəti gənclər olduğu görünən kütlənin polis idarəsinə doğru yürüşü qəzaya uğramış xidməti maşını-dövlət əmlakını yararsız hala salan nifrət və vandalizm kadrları, özəlliklə “istefa”, “Taleh Bağırzadəyə azadlıq” şüarının səsləndirilməsi, hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmaya səy göstərilməsinə dair görüntülər qısa müddətdə ölkəmizə qarşı şəbəkələşən xarici və daxili media kanallarında tirajlanmaqla virtual hücumların intensivliyini artırıb. Hadisə ilə bağlı həmin şəbəkənin şiddətli dezinformasiya fəaliyyəti indi də davam edir”.
Z.Oruc qeyd edib ki, qəzanın baş verdiyi əraziyə yaxın olan Yalavac kəndi İmişlinin ən böyük yaşayış məntəqələrindən olub, əhalisinin sayı: 3148 nəfərdir. Kəndin Həzrət Əli məscidində son illərdə keçirilən Aşura məclislərinə nəzər saldıqda-onların xarici ölkələrdə keçirilən məclislərlə eyni olduğu, uşaqların belə ayrıca aşura məclisləri-mərsiyələri təşkil etdiyi görünür:
“Bu mühitdə yetişən gənc “Z” nəslin yanvarın 18-də baş verən qəza nəticəsində toplananlar arasında əksəriyyət təşkil etməsi, anidən “kritik kütləyə” transformasiyası nədən belə asan olub-sualının cavabını verir”.
Deputata görə, rayonun məscidlərində keçirilən Aşura mərasimləri ilə bağlı YouTube kanalında izlədikdə, onların 30 il boyu rayonda “Hüseynçi-şiəçiliyin” bütün kanonlarına əməl edilərək keçirilməsi diqqəti cəlb edir. Hər Aşurada simvolik “tabut” düzəldilir, qadın, uşaq hamı birlikdə həmin tabutu gəzdirərək mərasim-ayin icra edirlər.
“Yanvarın 18-də baş verən aksiyada DİN çevik əks tədbirlər həyata keçirdi. Mediada qəza ilə bağlı ardıcıl açıqlamaların, mulitimedia və xəbərlərin yerləşdirilməsi kütlə psixologiyasına xas qəzəb dalğasına təsir etdi. Ən vacibi, yaranmış informasiya vakuumu şəraitində xaricdən tirajlanan saxta xəbərlərin “kononada” effekti ilə coğrafiyasının genişlənməsinə, şiddətlənməsinə və dağıdıcı qarşıdırmaya çevrilməsinə yol verilmədi. Habelə, İmişli rayon Polis bölməsinin rəsmiləri də yürüş edən sakinlərin qarşısına çıxdı”.
İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 yanvar və digər tarix günlırinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr “enerjinin itməməsi qanunu”na əsaslanaraq, “İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün fəaliyyətlərini davam etdirirlər.
“Əgər təxribatçıları nəzərə alaraq, hadisə yerinə gedən Daxili Qoşunların 2-3 texnikası ilə sovet tanklarını birləşdirən, tarixi hadisələri siyasi mənfəətləri üçün istsimar edənlər mənfur qüvvələr varsa, o zaman hakimiyyət institutları bütün səviyyələrdə mənəvi dəyər tanımayan dairəlrlə üz-üzə olduqlarını bilməlidir. Dövlətdən qanun və ədalət tələb edənlərin bir çoxunun şəxsi profillərini araşdırdıqda xüsusilə də gənclərin müxtəlif təbliğat vasitələrinin güclü təsiri altında olduğu aydın görünür. O insanları Vətənin səngərində saxlamağa cavadehlik daşıyan hökumət qurumlarının fəaliyyətini dəyərləndirməyə ehtiyac var. Lakin xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki, dövlətimiz hələ işğal dövründə ən azı 3 dəfə silahlı çevriliş cəhdlərini, o cümlədən rəngli xarici internvensiyaları iflasa uğradıb”.