• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zaqatalada avtomobil Əli Əliyevi vuraraq öldürdü

HADİSƏ

15 Avqust 2024 | 08:38 | Müəllif: Qalib İbrahimoğlu

Zaqatalada avtomobil Əli Əliyevi vuraraq öldürdü

Zaqatalada 69 yaşlı piyadanı maşın vurub öldürüb.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, hadisə avqustun 14-ü axşam saat 21 radələrində Zaqatala şəhəri, Eldar Ağayev küçəsində baş verib.

    1989-cu il təvəllüdlü Cavid Ziyavəddin oğlu Dibirov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən rayonun Yuxarı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Əli Nəcməddin oğlu Əliyevi vurub.

    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

    Ə Əliyev xəstəxanaya daxil olduqdan bir-neçə saat sonra həyatını itirib.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026