• Bakı 15° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Zaqatalada ikiotaqlı ev yanaraq külə döndü

HADİSƏ

19 Oktyabr 2024 | 00:00

Zaqatalada ikiotaqlı ev yanaraq külə döndü

Yanğın hadisəsi axşam saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.

FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.

Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin səyinə baxmayaraq, evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Oktyabr 2024