• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Zaqatalada itən turistin yeni FOTOSU TAPILDI: ...bir neçə saat əvvəl çəkilib

HADİSƏ

30 Iyun 2022 | 13:37

Zaqatalada itən turistin yeni FOTOSU TAPILDI: ...bir neçə saat əvvəl çəkilib

Zaqatala dağlarında yoxa çıxan hindistanlı turistin ən son çəkilmiş və heç yerdə olmayan fotosu ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, lent.az həmin fotonu əldə edib.  

Foto hindistanlı turist Manikath Kondaveeti itkin düşməzdən bir neçə saat əvvəl çəkilib. Fotoda turistin yanındakılar Zaqatala sakinləridir. Məlumata görə, turist dağa qalxarkən yerli sakinlərlə qarşılaşıb və onlarla selfi edib. Şəkil Manikath Kondaveeti tərəfindən yerli sakinlərin telefonu ilə çəkilib.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

48 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.


SON XƏBƏRLƏR

19 Aprel 2024