• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağırdı

DÜNYA

15 Aprel 2022 | 23:31

Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.

Bakıvaxtı.az bu barədə “The Washington Post”a istinadən xəbər verir.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.

Qəzetin yazdığı kimi, hətta soyuq müharibə dövründə də Moskvanın 1970-1980-ci illərdə terrorçu hesab edilən qrupları dəstəkləməsinə baxmayaraq, Vaşinqton Sovet İttifaqını bu cür tanımaqdan çəkinirdi.

Qeyd edək ki, Dövlət Departamentinin tərtib etdiyi terrorçuluğu maliyyələşdirən ölkələr siyahısına beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026