• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Zelenski  Fransaya gedir: Ukraynaya "qan köçürülür"

DÜNYA

17 Noyabr 2025 | 08:03

Zelenski  Fransaya gedir: Ukraynaya qan köçürülür

Bu gün Ukrayna prezidenti Vladimir Zelenski  Fransaya səfər edəcək.

Bakıvaxtı.az “leFigaro.fr”ə istinadən xəbər verir ki, noyabrın 17-də Fransa prezidenti  Emmanuel Makron V.Zelenskini yelsey sarayında qarşılayacaq. Səfərin məqsədi Fransanın Ukraynaya bağlılığını bir daha təsdiqləmək və Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsində görülən işin sürətini artırmaqdır.

Məlumat üçün bildirək ki, bu, V.Zelenskinin Ukrayna prezidentinin  Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında Moskvanın başlatdığı müharibənin başlamasından bəri Fransaya doqquzuncu səfəridir.

Qeyd dək ki, səfər Kiyev və Moskva arasında sülh danışıqlarının dalana dirəndiyi, Rusiya ordusunun Ukraynanın şəhərlərini, xüsusən də onun enerji infrastrukturunu amansız bombardmana məruz qoyduğu vaxta təsadüf edir. Son günlər V.Zelenski Ukrayna daxilində enerji sektorunda böyük korrupsiya qalmaqalı ilə üzləşib   və bu, artıq onun iki naziri istefaya göndərməsinə səbəb olub.

E.Makron və V. Zelenski Ukraynanın özünü müdafiə etməsi üçün daha da irəli getməyin yollarını müzakirə etmək üçün Parisin cənub-qərbindəki “Villacouble” hərbi aviabazasına səfərlə başlayacaqlar. Yelisey sarayından bildirilib ki, məqsəd Fransanın silah sənayesindəki mükəmməlliyini Ukraynanın müdafiəsinin xidmətinə vermək və Rusiya təcavüzünə cavab vermək üçün lazım olan sistemləri əldə etmək imkanı verməkdir.

Görüş zamanı dron əleyhinə əməliyyatlar da müzakirə olunan prioritetlərdən biri olacaq. Silah sektorunda yeni yardım və ya əməkdaşlıq elanları mümkündür. E. Makronun müşaviri “Agence France-Presse”ə (AFP) müsahibəsində deyib: "Müharibənin uzadılması və atəşkəsin olmaması Ukraynanın özünü müdafiə etməsi və bununla da ona yeni təkan verilməsini zəruri edir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Noyabr 2025