• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zelenski ilə Consonun telefon danışığı oldu

DÜNYA

17 Dekabr 2021 | 22:55

Zelenski ilə Consonun telefon danışığı oldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər. 

“Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanma üçün gələcək addımları əlaqələndirdik. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini yüksək qiymətləndirirəm”, - deyə Zelenski Tvitterdə yazıb. 

Britaniya baş nazirinin ofisi bildirib ki, Zelenski və Conson telefon danışığı zamanı Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyətlə bağlı Rusiya Federasiyası ilə dialoqun zəruriliyi barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026