Sabah, iyulun 12-də Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər.
V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər.
Ağ Evdən verilən məlumata görə, sammit çərçivəsində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı “yol xəritəsi” müəyyənləşəcək.
















