• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Zəngəzur” yunanlarla heç-heçə etdi

İDMAN

14 Sentyabr 2023 | 11:35

“Zəngəzur” yunanlarla heç-heçə etdi

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda ikinci oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.

“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb - 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026