• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Zəngilanda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir - FOTOLAR

CƏMİYYƏT

23 May 2024 | 12:23

Zəngilanda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir - FOTOLAR

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.

Bakıvaxtı.az xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 130-a yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 250-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

15 Iyun 2024