• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zərdabda narkokuryer saxlanıldı

HADİSƏ

12 Aprel 2024 | 10:17

Zərdabda narkokuryer saxlanıldı

Zərdabda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. Kamran Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan "Cəlal" adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR