Kentukki ştatının Luisvill şəhərindəki Ford zavodunda çalışan 60 yaşlı Kurt Kromm 11 illik xidmətindən sonra işdən çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, “The Independent” qəzetinin məlumatına görə, şirkət onu 1,95 dollar (təxminən 1,70 avro) dəyərində peçenye paketi oğurlamaqda ittiham edib. Diabet xəstəsi olan K.Kromm gecə növbəsi zamanı “Nənənin şokoladlı peçenyeləri” adlı şirniyyat alıb. Lakin ödəniş etməyə gedəndə terminaldakı təlimatlar çaşdırıcı olub. K.Kromm kartını yenidən cihaza toxundurub və bununla da ödəniş etdiyini düşünüb. Ödəniş ödənildi yazılsa da, vəsait sistemə oturmayıb. Bu üzdən bir həftə sonra hökm çıxarılıb. Onun işdən çıxarıldığı barədə məlumat verilib və heç bir araşdırma başlamazdan əvvəl fabrikdən çıxarılıb. Bu elanla qarşılaşan işçi ödənişin həqiqətən edildiyini sübut edən rəsmi bank çıxarışı təqdim edib. Daha sonra şirkət qərarını ləğv edib, ona bərpa təklif edib. K.Kromm təklifi rədd edib, lakin 33 min dollar maaşını geri alıb.
K.Krommun vəkili eyni zamanda böhtan iddiası qaldırmağı planlaşdırdığını açıqlayıb:
“Bu cür vəziyyəti həll etmə tərzi qəbuledilməzdir və cənab Kromm hüquqlarını qanunun bütün imkanları daxilində müdafiə etmək niyyətindədir”.
Ford rəhbərliyi ödəniş terminalları ilə bağlı ayrı-ayrı problemləri etiraf edib. Şirkət həmçinin vəziyyəti həll etmək üçün xidmət təminatçısı “Aramark” ilə işlədiyini bildirib.
Aydın
Bakı 











