• Bakı 13° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

ABŞ-da 53 milyondan çox sakin səs verdi
DÜNYA
30 Oktyabr 2024 | 23:14

ABŞ-da 53 milyondan çox sakin səs verdi

Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 5-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.

Bakıvaxtı.az xəbər verir ki, bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası elan edib.

Qeyd olunur ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.

Qeyd edək ki, ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.


SON XƏBƏRLƏR

30 Oktyabr 2024