• Bakı 15° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Qadın boksçusumuz dünya birinciliyində ilkə imza atdı
İDMAN
31 Oktyabr 2024 | 01:10

Qadın boksçusumuz dünya birinciliyində ilkə imza atdı

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi bir ilkə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində bir ilkdir. İndiyədək ölkəmizin heç bir qadın boksçusu dünya birinciliyində bu mərhələyə qədər irəliləməyib. Onun qazanacağı istənilən medal isə boks tariximizə qadınlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.


SON XƏBƏRLƏR

30 Oktyabr 2024