ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında azı 28 uşaq var.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb.