• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT

CƏMİYYƏT

08 Iyul 2025 | 11:28

Azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.

Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.

S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.

O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:

"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə ciyərlərinə duzlu su dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026