• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ukrayna Rusiya ilə bağlı KSQT-yə müraciət etdi
DÜNYA
08 Iyul 2025 | 15:25

Ukrayna Rusiya ilə bağlı KSQT-yə müraciət etdi

Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata (KSQT) Rusiyanın döyüş əməliyyatları zamanı kimyəvi silahdan mümkün istifadəsi faktlarının araşdırılması üçün rəsmi sorğu ilə müraciət edib.

Bakıvaxtı.az “Al Arabia”ya istinadən xəbər verir ki, müraciətə səbəb Niderland və Almaniya kəşfiyyatının Rusiyanın cəbhə xətti boyunca qadağan olunmuş sursatlardan geniş istifadəsi barədə məlumatları olub.

Niderland Hərbi Kəşfiyyatının məlumatına görə, bəzi ukraynalı hərbçilərin ölümü kimyəvi maddələrin istifadəsi ilə əlaqəli ola bilər. 2500-dən çox yaralı kimyəvi silahın istifadəsinə işarə edə biləcək simptomlar barədə məlumat verib.

Kiyevin sorğusu 41 ölkənin nümayəndələrinin daxil olduğu, qərargahı Haaqada yerləşən KSQT İcraiyyə Şurasının dörd günlük iclasından əvvəl təqdim edilib. Kiyev kimyəvi silahın mümkün istifadəsinə görə sübutların toplanması və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün müstəqil və qərəzsiz mexanizmin yaradılmasında israr edir. Təşkilatdan hələ ki, rəsmi şərh verilməyib.

İttihamlar fonunda Böyük Britaniya iki Rusiya vətəndaşına və bir təşkilata qarşı sanksiyaların tətbiq edilməsini elan edib.


SON XƏBƏRLƏR