• Bakı 23° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

SİYASƏT

08 Iyul 2025 | 21:03

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.


SON XƏBƏRLƏR

08 Iyul 2025