• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Əməliyyat zamanı canlı yayım açan həkim barədə araşdırma başlanılacaq 

CƏMİYYƏT

08 Iyul 2025 | 16:23

Əməliyyat zamanı canlı yayım açan həkim barədə araşdırma başlanılacaq 

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyində xüsusi yaradılan işçi qrup mövcud qanunvericiliyə uyğun şəkildə məsələni araşdıracaq: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, son zamanlar həkimlərin mediada və sosial şəbəkələrdə müxtəlif tibbi prosedurlar zamanı canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” əmri barədə məlumatlandırılır.

Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm “Həkimlərin etik davranış qaydaları”na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.

Əməliyyat zamanı sosial şəbəkə vasitəsilə qeyri-rəsmi çəkiliş və yayım halları bu prinsiplərin pozulması sayılır və müvafiq inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, ötən günlərdə travmatoloq-ortoped Aqşin Məmmədov "TikTok" sosial media hesabında cərrahiyyə əməliyyatı zamanı canlı yayım açıb.


SON XƏBƏRLƏR