• Bakı 16° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

ABŞ-də təyyarə yaşayış olan əraziyə düşdü - Sakinlər təxliyə edildi
DÜNYA
22 May 2025 | 18:34

ABŞ-də təyyarə yaşayış olan əraziyə düşdü - Sakinlər təxliyə edildi

Kaliforniyanın San Dieqo şəhərində “Cessna” markalı təyyarə yaşayış massivinin ortasına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

“Biz Skulpin küçəsi və Santo yolu bölgəsində baş verən təyyarə qəzasına reaksiya veririk. Zəhmət olmasa, təcili yardım briqadalarının təhlükəsiz işləməsi üçün ərazidən uzaqlaşın”, - yerli polis idarəsi bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.


SON XƏBƏRLƏR