• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

ABŞ konqresmeni: Dronlara qarşı kifayət qədər müdafiə vasitələrimiz yoxdur
DÜNYA
09 Iyun 2025 | 00:54

ABŞ konqresmeni: Dronlara qarşı kifayət qədər müdafiə vasitələrimiz yoxdur

ABŞ Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına (PUA) qarşı kifayət qədər müdafiə vasitələri yoxdur.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu "Fox News" telekanalına ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Maykl Makkol deyib.

“Pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün əks tədbirlərimiz yoxdur və biz onları hazırlamalıyıq, çünki gələcəkdə müharibə belə olacaq”, - o deyib.

"Səmada getdikcə daha çox pilotsuz uçuş aparatları var, onlar minlərlə, artıq milyonlarladır. Düşünürəm ki, Pentaqon müasir hərbi texnologiyaların inkişafına daha çox vəsait ayırmalı və pulları İkinci Dünya Müharibəsinin qalıqları kimi bir növ "dinozavrlara" çevrilmiş köhnə gəmilərə xərcləməməlidir. Əlbəttə, onlara ehtiyacımız var, lakin biz süni intellekt texnologiyalarına diqqət yetirməliyik", qanunverici əlavə edib.

İyunun 6-da ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının istehsalının artırılması və müasir dronlardan qorunma ilə bağlı fərmanlar imzalayıb. Bununla bağlı Ağ Evin açıqladığı sənədlərdə qeyd olunur ki, bu gün dronlar "cinayətkarlar, terrorçular və düşmən xarici subyektləri texnologiyalardan getdikcə daha çox istifadə etdikləri üçün artan təhlükə yaradır"./report


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025