• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Portuqaliya UEFA Millətlər Liqasının ÇEMPİONU OLDU
İDMAN
09 Iyun 2025 | 01:44

Portuqaliya UEFA Millətlər Liqasının ÇEMPİONU OLDU

UEFA Millətlər Liqasının final matçı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi ilə İspaniya seçməsi üz-üzə gəliblər.

Matç qarşılıqlı qollarla keçib. 21-ci dəqiqədə hesabı ispanlar açıblar. Zubimendi fərqlənib. 5 dəqiqə sonra Mendes hesabı bərabərləşdirib.

45-ci dəqiqədə Oyarzabal ispanları yenidən hesabda önə çıxarsa da, ikinci hissədə Ronaldu yenidən oyunda tarazılığı bərpa edib - 2:2. 40 yaşlı oyunçu həm də turnirdə qol vuran ən yaşlı futbolçu olub.

Matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Burada isə daha dəqiq olan portuqallar (5:3) Millətlər Liqası kubokuna yiyələniblər.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025