• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb
DÜNYA
11 Avqust 2025 | 16:20

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb

Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən 1,6 milyard avro məbləğində üçüncü tranş Ukraynanın dəstəklənməsinə yönəldilib.

Bu barədə Bakıvaxtı.az Avropa Komissiyasına (AK) istinadən məlumat verir.

"Aktivlər Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulub", - məlumatda bildirilib.

Brüsseldə qeyd ediblər ki, ilk iki tranşın vəsaitlərinin 90 faizi Avropa Sülh Fondu (EPF), 10 faizi isə Ukrayna Fondu vasitəsilə vasitəsilə Ukraynanın dəstəklənməsinə yönəldilib.

Üçüncü tranşın 95 faizi Ukrayna ilə Kredit Əməkdaşlığı Mexanizmi (ULCM), 5 faizi isə EPF vasitəsilə Ukraynanın dəstəklənməsi üçün istifadə ediləcək.


SON XƏBƏRLƏR