• Bakı 28° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Vaşinqton görüşü: Azərbaycanın diplomatiya zəfəri və Cənubi Qafqazda sülhün əsası

SİYASƏT

11 Avqust 2025 | 12:26

Vaşinqton görüşü: Azərbaycanın diplomatiya zəfəri və Cənubi Qafqazda sülhün əsası

"Xarici düşmənlə münasibətlərin normallaşması ölkə daxilinə daha çox diqqət ayırmağa və müxtəlif sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır".

Bunu Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton səfərini şərh edən Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. Belə ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir:

Müsahibimiz bildirib ki, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması üçün atılan addımlar, ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsinin paraflanması Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı kimi qəbul edilməlidir.

Bundan başqa, ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın haqlı tələblərinin öz həllini tapması və ən nəhayət üçtərəfli bəyannamədə Sülh Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunun, yəni Ermənistan tərəfindən Konstitusiya dəyişikliyi edilməsinin zəruriliyinin təsbit edilməsi  də Azərbaycanın uğurudur.

Arzuxan Əlizadə:  İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi

Deputat vurğulayıb ki, bütün bu sadalananlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında əldə edilən qələbə və keçən dövr ərzində bu istiqamətdə aparılan uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq mümkün oldu:

“Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi".

Arzuxan Əlizadə bildirib ki, əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirilərək təqdir edilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR