• Bakı 27° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

“907”dən sonra Azərbaycan-ABŞ hərbi əməkdaşlığı genişlənəcək

SİYASƏT

11 Avqust 2025 | 14:05

“907”dən sonra Azərbaycan-ABŞ hərbi əməkdaşlığı genişlənəcək

 “33 il öncə Azərbaycana qarşı qəbul edimiş 907-ci düzəliş çoxdan ləğv olunmalıydı”.

Bunu Bakıvaxtı.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert vurğulayıb ki, dünyada xeyli sayda münaqişələr Ağ Evin 907-ci düzəlişə vaxt ayırmasına bir növ mane olurdu:

"Nəhayət, Tramp administrasiyası bu ədalətsizliyi aradan qaldırdı. Azərbaycan uzun illər işğala məruz qalan bir dövlət kimi bir çox haqsızlıqlarla üzləşib. Ümid edirəm ki, 907-ci düzəliş ləğv ediləndən sonra ABŞ ilə Azərbaycan arasında hərbi və hərbi texniki sahədə yaxın əməkdaşlıq olacaq”.

ABŞ-nin bu istiqamətdə istəklərinin olduğunu deyən Ü.Cəfərov qeyd edib ki, amma bu məlum sənəd böyük maneə rolunu oynayırdı. Onun sözlərinə görə, artıq ortada heç bir maneə yoxdur:

“Həm quru qoşunlarımız, həm hərbi hava qüvvələrimiz, həm hərbi dəniz qüvvələri ABŞ ilə əməkdaşlığı öz üzərində hiss edəcək. Azərbaycan Silahlı Qüvvələri onsuz da NATO standartları üzrə hazırlanırdı. 2025-ci il son tarixdir ki, Azərbaycan ordusu NATO və qardaş Türkiyə standartlarına uyğunlaşdırılmalıdır. Bu proses sürətlə aparılır. Biz hər həftə keçirilən birgə təlimlərə, sərgilərə şahidlik edirik”.

Müsahibimiz hesab edir ki, 907-ci düzəlişin ləğvi ABŞ ilə hərbi əməkdaşlığın genişlənməsinə, inkişafına gətirib çıxaracaq. Dediyinə görə, baxmayaraq, 2020-ci ildə müharibəni qələbə ilə başa vurmuşuq, amma təəssüflər ki, ABŞ-dəki bəzi dairələr 907-ci düzəlişin qüvvədən salınmasına imkan vermirdilər. Artıq proses geriyədönməzdir.

Üzeyir Cəfərov: Bu xartiya həm Azərbaycana, həm də ABŞ-nin regionda maraqlarının təmini üçün mühüm sənəddir

Ü.Cəfərov əlavə edib ki, ABŞ ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında xartiya çoxdan müzakirə olunurdu:

"Bu sənəd birdən-birə ərsəyə gəlməyib. Uzun vaxtdır bununla bağlı ikitərəfli işlər aparılırdı. Ehtimal ki, yaxın aylarda ABŞ nəhayət ki, Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfirini də təyin edəcək. Səfir Azərbaycanda fəaliyyətə başlayandan sonra səfirlikdə çalışacaq hərbi attaşenin də üzərinə böyük yük düşür. Gələcək üçün planların tərtib olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi çox mühümdür. Hesab edirəm ki, bu xartiya həm Azərbaycana, həm də ABŞ-nin regionda maraqlarını təmin etmək üçün kifayət qədər mühüm sənəddir".

Aydın Baxış


SON XƏBƏRLƏR