• Bakı 12° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Alimlər elmə məlum olmayan rəng kəşf etdilər
MƏDƏNİYYƏT
20 Aprel 2025 | 21:43

Alimlər elmə məlum olmayan rəng kəşf etdilər

ABŞ-da alimlər əvvəllər elmə məlum olmayan yeni rəng kəşf ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Science Advances" jurnalı yazıb.

Məqalə müəllifi olan beş tədqiqat iştirakçısı onu mavi və yaşıl arasında bir rəng kimi təsvir ediblər.

Elm adamları gözlərə təsir göstərmək üçün lazer impulslarından istifadə etdikləri təcrübə nəticəsində yeni tona nail ola biliblər. Mütəxəssislər tor qişanın hüceyrələrinə təsir etməklə vizual qavrayışın sərhədlərini genişləndirə biliblər.

Yeni rəng olo adlandırılıb. Mütəxəssislər təbii işıqda onu görməyin mümkün olmadığını vurğulayıblar./Teleqraf.com


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025