• Bakı C

    9.11 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Avtomobil elektrik dirəyinə çırpıldı: 3 kənd işıqsız qaldı
HADİSƏ
03 Fevral 2026 | 00:36

Avtomobil elektrik dirəyinə çırpıldı: 3 kənd işıqsız qaldı

Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, "Hunday" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yüksək gərginlikli elektrik dirəklərinə çırpılıb.

Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksək gərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Əraziyə aidiyyəti qurumun və Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Hazırda aşmış dirəklər yeniləri ilə əvəz olunur.

Hadisənin başvermə səbəbləri araşdırılır./Report


SON XƏBƏRLƏR

02 Fevral 2026