• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

AYNA: Naxçıvan–İğdır marşrutu ilə 673 sərnişin daşınıb
SİYASƏT
07 Mart 2026 | 12:36

AYNA: Naxçıvan–İğdır marşrutu ilə 673 sərnişin daşınıb

Martın 5-dən indiyə qədər Naxçıvan şəhərindən Türkiyənin İğdır şəhərinə ümumilikdə 19 avtobus reysi həyata keçirilib, 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.

Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə 7 avtobusla ödənişsiz şəkildə həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.


SON XƏBƏRLƏR

06 Mart 2026